ABŞ-ın Florida ştatını vuran Milton qasırğası 5 ballıq Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya qədər zəifləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.

Əvvəllər bu, üçüncü kateqoriyalı qasırğa kimi qiymətləndirilirdi, lakin cümə axşamı yerli vaxtla saat 01:00 (Bakı vaxtı ilə 09:00) ətrafında küləyin sürəti təxminən 40 m/s-ə enib. Hazırda qasırğa Orlandonun cənubuna doğru tüğyan edir və 25 km/saat sürətlə şərqə doğru irəliləyir.

Üçüncü kateqoriyalı qasırğa saat 20:35 (Bakı vaxtı ilə 04:35) Siesta Key şəhəri yaxınlığında yerə enib.

Oktyabrın 7-də ABŞ prezidenti Co Bayden ştata yaxınlaşan qasırğa ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsinə göstəriş verib. Sentyabrın sonunda ABŞ-ın cənubunu vuran Helen qasırğası 200-dən çox insanın ölümünə və bölgəyə təqribən 35 milyard dollar ziyan vurmasına səbəb olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN