Energetika Nazirliyində media ilə əlaqələr üzrə fəaliyyət göstərən əməkdaşların kommunikasiya strategiyasının icrası çərçivəsində sosial media alətlərindən istifadə sahəsində bilik və bacarıqların artırılması məqsədilə təlim keçirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev tərəfindən keçirilmiş təlimdə sosial media fəaliyyətinin effektiv təşkili, yeni rəqəmsal media alətlərinin istifadəsi, sosial şəbəkə sorğularının operativ cavablandırılması, etik qaydalar və prinsiplər, hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi, risklərin idarə edilməsi, böhran kommunikasiyası və mövzu ilə əlaqədar digər məsələlər haqqında ətraflı məlumat verilib, praktiki nümunələr göstərilib, əməkdaşları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

R.XUDATQIZI

energetika-naz-telim-11-2

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN