Moskvada müstəntiqlər polisə hücumda ittiham olunan 46 yaşlı amerikalı Cozef Taterin həbs müddətinin uzadılmasını xahiş edirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Şikayət Moskvanın Meşçanski Məhkəməsində qeydə alınıb. Baxış tarixi hələ təyin edilməyib.

Daha əvvəl bildirilmişdi ki, Moskva Şəhər Məhkəməsi amerikalının həbslə bağlı şikayətini təmin etməyib. Eyni zamanda, Tater Rusiyaya siyasi sığınacaq üçün gəldiyini bəyan edib.

O, avqustun ortalarında Moskvada, oteldə qeydiyyat zamanı dava saldıqdan sonra saxlanılıb. Bundan sonra Daxili İşlər Nazirliyində əcnəbi onu sakitləşdirməyə çalışan polis kapitanına hücum edib. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (“Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə”) ilə cinayət işi açılıb və paytaxt məhkəməsi onu oktyabrın 14-dək həbs edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN