Krımın kurort şəhəri Feodosiya sakini Rusiya ordusu qüvvələrinin yerləşdiyi yerlər barədə məlumatları Ukrayna Silahlı Qüvvələrinə ötürdüyünə, habelə Ukrayna ordusuna sponsorluq etdiyinə görə saxlanılıb.

Tezadlar.az xəbər verir ki, Rusiya FTX-nin Krım Respublikası və Sevastopol şəhəri üzrə departamentinin mətbuat xidməti jurnalistlərə bildirib ki, həmin şəxs dövlətə xəyanət ittihamı ilə həbs edilib.

“Rusiya Federasiyasının Qara dəniz donanmasının obyektləri və silahları ilə bağlı məlumatları toplayan, saxlayan və Ukrayna tərəfinə ötürən, həmçinin Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı göstərən Feodosiya şəhər sakini saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım Respublikası və Sevastopol şəhəri üzrə istintaq idarəsi vətəndaşa qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi açıb və onun barəsində həbs-qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN