Ali Radada Ukrayna vətəndaşlarının, eləcə də Rusiyada yaxın qohumları olan əcnəbilərin yüksək hərbi vəzifə tutmasını qadağan edən qanun layihəsi qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazır.
Qanun layihəsi xarici vətəndaşlığı olan şəxslərin, vətəndaşlığı olmayan şəxslərin, habelə Ukraynaya düşmən olan dövlətlərin vətəndaşlığına yaxın qohumları olan şəxslərin hüquq-mühafizə orqanlarına təyinatına birbaşa qadağa qoyulmasını nəzərdə tutur.
Qadağa Ukrayna Silahlı Qüvvələrində, Ukrayna Təhlükəsizlik Xidmətində, Sərhəd Xidmətində və Milli Qvardiyada rəhbər vəzifələrə şamil ediləcək.
Qeyd edək ki, bundan əvvəl Moskva Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbini bitirmiş Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edilib. Baş komandanın qardaşı Oleq Vladimirdə, Sırskinin valideynləri də Rusiyada yaşayır.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının övladlığa götürdüyü oğlu Anton Sırski bildirib ki, general-polkovnik Ukraynada xidmət etmək üçün rus köklərini həyatından silərək həyat yoldaşını və uşaqlarını atıb. O qeyd edib ki, general öz qərarını Ukrayna Silahlı Qüvvələrində karyera imkanları ilə əsaslandırıb.
E.ŞİRİNOV