ABŞ kəşfiyyatı hesab edir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei nüvə silahının hazırlanmasını qadağan edən 2003-cü ildə verdiyi fitvanı (teoloji nəticə) ləğv etmək qərarına gəlməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktorunun ofisinin rəsmi nümayəndəsi məlumat verib.
"Biz inanırıq ki, ali lider İranın 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etmək barədə qərar qəbul etməyib", - o, “Reuters” agentliyinə deyib.
Agentliyin fikrincə, ABŞ kəşfiyyatının bu qənaəti İranın oktyabrın 1-də raket hücumuna cavab olaraq “ABŞ-ın nə üçün İsrailin İranın nüvə proqramı obyektlərinə qarşı hər hansı zərbəsinə qarşı olduğunu izah etməyə kömək edə bilər”.
Oktyabrın 9-da İran parlamentinin üzvü Həsənəli Əxlaki Əmiri bildirib ki, 39 nəfərlik bir qrup parlamentari İsrailin təhdidləri fonunda müdafiə doktrinasına yenidən baxılması və nüvə silahının hazırlanmasına icazə verilməsi xahişi ilə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına rəsmi məktub göndərib.
2003-cü ildən İran İslam dininə zidd olduğu üçün nüvə silahı istehsalının qadağan edildiyini bildirən Xamneyinin fitvasına malikdir. Əxlaki Əmirinin sözlərinə görə, o, milli təhlükəsizlik və ictimai tələb səbəbindən yenidən nəzərdən keçirilə bilər.
E.ŞİRİNOV