Kursk vilayətində raket xəbərdarlığı sirenası yenidən işə salınıb, vilayət qubernatoru Aleksey Smirnov Telegram kanalında bildirib.
“Kursk bölgəsi: Raket təhlükəsi, evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığınmalısınız: dəhlizdə, vanna otağında. Küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, - o yazıb.
Kursk vilayətində günün əvvəlindən ikinci dəfə raket təhlükəsi elan edilib.
E.ŞİRİNOV