BRİKS assosiasiyasına üzvlük Türkiyəyə Qərblə münasibətdə kozır verəcək.
Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti”-yə politoloq Serhat Lətifoğlu məlumat verib.
“Türkiyənin BRİKS-ə qoşulmaq üçün çoxdankı niyyətləri var. Ankaranın bundan Qərblə alver vasitəsi kimi istifadə etdiyini düşünmürəm, lakin müəyyən dərəcədə bundan Qərblə münasibətlərdə istifadə oluna bilər”, - deyə Lətifoğlu bildirib.
Analitik Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Brüssel Türkiyənin Avropa Birliyinə üzvlüyünü təsdiqləsəydi, Ankaranın alternativlər axtarmaq barədə düşünməzdi” dediyi sözləri xatırladıb.
Lətifoğlu həmçinin qeyd edib ki, BRİKS-in siyasi təsirləri durmadan artır və bu, Türkiyəni Ankaranın Qərbdəki müttəfiqlərinin iqtisadi təzyiqlərindən qorumağa kömək edəcək.
Əvvəllər beynəlxalq politoloq Fyodor Lukyanov demişdi ki, Türkiyənin BRİKS assosiasiyasına qoşulmaq niyyəti Qərb üçün hazırlanmış siyasi oyundur.
Həmçinin, bundan əvvəl Türkiyə ABŞ-ı Ukrayna ilə bağlı mövqeyinə yenidən baxmağa çağırıb.
E.ŞİRİNOV