Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 21-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Tezadlar.az xəbər verir ki, qəbul saat 11:00-da Lənkəran Mədəniyyət Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 255 39 84, This email address is being protected from spambots. You need JavaScript enabled to view it., This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) müraciət etmələri xahiş olunur.
R.XUDATQIZI