Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təklif etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Astanada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqlarının yekunlarına dair mətbuat xidməti məlumat yayıb.

“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN