Qərb 2025-ci ildə Ukraynaya hərbi yardımı dayandıra bilər. Münaqişənin həlli ilə bağlı müzakirələr ilin birinci yarısında gündəmdə olacaq.

Tezadlar.az xəbər verir ki, bunu RİA Novosti-yə türkiyəli analitik Serhat Lətifoğlu deyib.

"Sülh danışıqları mövzusu gələn ilin birinci yarısında aktuallaşacaq, çünki Ukraynaya hərbi yardımın dayandırılması ehtimalı çox yüksəkdir", - Lətifoğlu vurğulayıb.

Analitik qeyd edib ki, cəbhədə vəziyyət Qərbin xeyrinə dəyişmir. Çoxsaylı silah və hərbi texnika təchizatına və muzdluların təliminə baxmayaraq, Ukrayna böyük itkilər verir və Rusiya hərbçilərinin hücumunun öhdəsindən gələ bilmir. Lətifoğlu vurğulayıb ki, bu sürətlə Ukrayna müttəfiqləri “gec-tez” Kiyevə hərbi yardımdan imtina edəcəklər. Nəticədə, dövlət Rusiya ilə sülh danışıqlarına getməyə məcbur olacaq.

Öz növbəsində Türkiyə artıq diplomatik vasitəçilik addımları atmağa çalışır, - deyə analitik qeyd edib.

Bundan əvvəl, noyabrın 3-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynadakı vəziyyətin həlli üçün şərt adlandırmışdı.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN