Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyindən Tezadlar.az-a bildirilib ki, ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayış evindən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
R.XUDATQIZI