Avropa ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanı təslim etməklə münaqişəni həll edə biləcəyinə inanmır; bu, Brüsseldəki siyasətçilərə “ehtiyatlı optimizm” verir.
Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən yazır.
“Tramp bu problemi həll etmək istəyir, amma nəyin bahasına olursa-olsun... Bu, Ukraynanın kapitulyasiyası ola bilməz”, - deyə adı açıqlanmayan yüksək səviyyəli Avropa rəsmisi bildirib.
“FT”-nin məlumatına görə, Qərbdə belə bir fikir var ki, Tramp Kiyevin NATO-ya üzv olmaq öhdəliyi olmadan Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalaya bilər.
Bundan əlavə, nəşrə görə, Ukraynanın Aİ-yə üzvlüyünə doğru “uzunmüddətli yolu vurğulamaq” ideyası da gündəmdədir. Bununla əlaqədar, “FT” Avropa liderlərinin Trampın Ukrayna böhranının həlli ilə bağlı gələcək mövqeyi ilə bağlı “ehtiyatlı nikbinliyini” qeyd edir.
Bundan əvvəl Trampın seçki kampaniyasının sözçüsü Caroline Leavitt bildirib ki, o, ABŞ-ın gücünə arxalanaraq qlobal səhnədə sülhün bərpasına sadiqdir.
E.ŞİRİNOV