Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Bakı şəhərində fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş olub.

Tezadlar.az xəbər verir ki, tədbir məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərini qida təhlükəsizliyi ilə bağlı daha ətraflı məlumatlandırmaq, həmçinin həmin müəssisələrin qida bloklarına dair tələbləri və qida təhlükəsizliyinə dair standartları onların nəzərinə çatdırmaq məqsədilə təşkil edilib.

Görüşdə məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin olunmasının vacibliyi önə çəkilib. Belə müəssisələrin qida təhlükəsizliyi qeydiyyatının aparılmasının və həmin obyektlərdə gigiyenik qaydalara əməl edilməsinin zəruri olduğu vurğulanıb. Eyni zamanda müəssisələrin qida bloklarında çalışan işçi heyətinə dair tələblərin və gigiyenik şərtlərin yerinə yetirilməsinin vacibliyi qeyd edilib. Məktəbəqədər təhsil müəssisələrinin qida bolklarında işləyən şəxslər üçün gigiyenik qaydalarla bağlı təlimlərin keçirilməsinin zəruri olduğu bildirilib.

Tədbirdə iştirakçıların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN