Aleksandr Lukaşenko Suriyada baş verən hadisələri Belarus üçün dərs adlandırıb, çünki Minsk öz müqəddəratını müstəqil müəyyənləşdirməlidir.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirib.
“İndi orada elə bir qarışıqlıq var ki, bu, hakimiyyət uğrunda mübarizənin başlanğıcıdır. Suriyada dünyanın əsas oyunçuları arasında mübarizə gedir, bu, bizim üçün dərsdir – taleyimizi özümüz təyin etməliyik”, - Lukaşenko deyib.
Onun sözlərinə görə, Suriya təcrübəsi Belarus üçün vacibdir, çünki bu ölkə vaxtilə “sınaq meydançasına” çevrilmişdi.
Noyabrın 28-də Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi bildirilir. Hələb şəhərini ələ keçirərək, Homs, Həmanı işğal etdilər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşıblar. Bundan əlavə, kürdlərin Suriya Demokratik Qüvvələri Deyr əz-Zor şəhərini nəzarətə götürüb.
Dekabrın 8-nə keçən gecə müxalifət Dəməşqi ələ keçirib. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.
E.ŞİRİNOV