Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində (TMB) baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53-ə, yaralıların sayı isə 62-yə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bundan əvvəl agentlik azı 32 nəfərin öldüyünü və 38 nəfərin yaralandığını bildirmişdi.
Seysmik aktivlik bir çox infrastruktur obyektlərinin dağılmasına səbəb olub. Hazırda hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır. Təbii fəlakət zonasının ən təhlükəli bölgələrindən insanlar təxliyə edilib.
E.ŞİRİNOV