...Saakaşvilinin səhhəti kəskin pisləşməkdədir və bu vəziyyət müxalifləri ciddi narahat etməkdədir...
Eks prezidenti xilas etmək üçün yeni yollar planlaşdırılmaqdadır... "Bidzina İvanişvilidən başlayaraq - Qaribaşvili, Kobaxidze, Kaladze və başqaları -bu ölkənin üçüncü prezidentinin ölməyini gözləyirlər". Bunu "Vahid Milli Hərakat"ın lideri Nika Melia deyib. Onun sözlərinə görə, “Gürcü Arzusu” keçmiş prezident Mixeil Saakaşvilini təhqir etməyə çalışırlar: "Bidzina İvanişvildən başlayaraq Qaribaşvili, Kobaxidze, Kaladze və digərləri sıravi bir qatildirlər. Onlar Saakaşvilinin nə vaxt öləcəyini gözləyirlər. Hakimiyyət nakişilərin əlindədir. 35 gündür aclıq edən prezidenti alçaltmaq kişiliyə sığışmır. Onlar hakimiyyətdə üçüncü prezidenti təhqir etmək üçün yarış başladıblar, bu kişilik deyil. Biz hakimiyyətdən elementar bir şey istəyirik, insanlıq istəyirik. Mixeil Saakaşvilinin həyati keyfiyyətləri hər gün daha da aşağı düşür. Biz hərəkətə keçməli və bu tarixi ədalətsizliyi sona çatdırmalıyıq", - deyə N. Melia əlavə edib.
Müxaliflər Saakaşviliyə dəstək mitinqlərinə başlamaq barədə danışıqlar aparırlar...
A.Məmmədli