Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Şahvələd Əliyevin vəzifəsindən azad edilməsinin səbəbi açıqlanıb.

Dövlət Xidmətindən bildirilib ki, o, səhhəti ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini - Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Həmin vəzifəyə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Habil Nağıyev təyin edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN