Daxili İşlər Nazirliyi (DİN) Oğuzda polis əməkdaşının öldüyü yol qəzası barədə məlumat açıqlayıb.

DİN-in rəsmi saytının məlumatına görə, noyabrın 12-də saat 4 radələrində Oğuz şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri almış sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır.

Oğuz RPŞ tərəfindən araşdırma aparılır.

***

Oğuzda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb, daha bir polis əməkdaşı isə ağır xəsarət alıb.

Hadisə gecə saat 03 radələrində Oğuz şəhər ərazisində baş verib.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Fərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yol kənarındakı ağaca vurub.

Qəza zamanı sürücü Ş.Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Şəki RMX-da İ.Səfərova ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralanan şəxslər polis əməkdaşıdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN