Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir.

Bildirilir ki, qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.

Qeyd edək ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN