Mixeil Saakaşvili dekabr ayında ölkədə bir neçə genişmiqyaslı etiraz aksiyasının keçiriləcəyini elan edib.

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, Saakaşvili bu barədə növbəti məktubunda bildirib. Onun sözlərinə görə, Gürcüstana geniş razılaşma və yenilənmək lazımdır: İvanişvili indi fəlakətli vəziyyətdədir - Gürcüstan tarixində ən yüksək qiymət artımı, ən yüksək bank faizləri, işçi qüvvəsinin ən intensiv axını, son üç seçkidə praktiki olaraq baş verib. İvanişvili nə edir? - Cinayətkar dəstələrini gücləndirir, cinayəti təşviq edir və kiçik mövzuları gündəmə gətirməklə diqqəti iki əsas mövzudan -növbədənkənar seçkilər və mənim sərbəst buraxılmağım məsələsindən yayındırmağa çalışır. Bizə daimi müqavimət ocaqları (aksiyalar) lazımdır, lakin bu aksiyalar həmişə konkret mövzularla, iki əsas məqsədlə - seçkilər və siyasi təqiblərə son qoyulması tələbi ilə baş tutmalıdır. Biz dekabrda çox böyük bir mitinqə hazırlaşırıq. Burada bizim istək və məqsədimiz odur ki, insanlar rahat nəfəs alsınlar. Gürcüstana geniş razılaşma və yenilənmə lazımdır. Güc birlikdədir!", - deyə Saakaşviliq eyd edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN