Bərdədə Körpələr evinin müdirindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər - “Fakt araşdırma” internet televiziyasının təsisçisi Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən hər 3 təqsirləndirilən şəxsin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edib.

Müdür həmin gün saat 15 radələrində kənd ərazisində televiziya əməkdaşları olduğunu bildirən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etdiklərini qeyd edib.

Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN