Bakı Apellyasiya Məhkəməsində 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilərək həbs edilən İlham Xıdırov və Nazim Mustafayevin vəkillərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb.

Prosesdə çıxış edən, təqsirləndirilən şəsin vəkili Cavad Cavadov bildirib ki, müvəkkilinin dələduzluq faktı sübuta yetirilməyib və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməli, təqsirləndirilən şəxslərə bəraət verilməlidir. Vəkil, həmçinin bildirib ki, Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün.

Prosesdə şikayət araşdırılıb və təmin edilib.

Məhkəmənin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ləğv edilib, İlham Xıdırov və Nazim Mustafayev barəsində bəraət çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Qərara əsasən Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülüb.

İttihama görə, İ.Xıdırovla N.Mustafayev İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul almaqda onlara qarşı dələduzluqda təqsirləndirilir. İttiham aktında təqsirləndirilən şəxslərin ümumilikdə 1 milyon manata yaxın pulu mənimsəməsi qeyd edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə İ.Xıdırov 9 il 6 ay, N.Mustafayev isə 5 il azadlıqdan məhrum edilibmiş.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN