“ONLAR ƏFQANISTANDA QADINLARIN YAŞAMASINI İSTƏMİRLƏR…”

Əfqanıstanın paytaxtı Kabilin onlarla sakini ölkədə hakimiyyətə gələn hərəkatın, onlara tətbiq etdiyi məhdudiyyətlərə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər.

Bu barədə ria-novosti-yə aksiya iştirakçıları  bildirib.

Aksiyada iştirak edən fəalların sözlərinə görə, “Taliban” qadınlara ictimai yerlərdə, iş yerlərində hicab taxmağı əmr etməklə əfqan qadınların təhsil almasına, dövlət və özəl sektorda işləməsinə qarşı olduqlarını nümayiş etdirirlər. Qadınların fikrincə, hakimiyyət hicabı bəhanə edir, əslində onlar “qadınların Əfqanıstanda yaşamasını istəmirlər”.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanın yaxşılıqları əmr etmək, pisliklərdən çəkindirmək (“əmr bil-məruf və nəhy ənil-münkər”) nazirliyi qadınlara ictimai nəqliyyatda hicabsız səyahət etməməyi əmr etmişdi. Media nümayəndələrinin də agentliyə verdiyi məlumata görə, “Taliban” yerli mediaya başını örtməyən qadınları göstərməyi qadağan edib. Həmçinin yeni hökumətə görə, qadınlar təhsil müəssisələrinə yalnız hicabla gedə bilərlər.

Qeyd edək ki, “Taliban”ın hakimiyyətə təkrar qayıdışı ilə  (daha əvvəl 1996-2001-ci illər) əfqan qadın fəalları dəfələrlə ölkənin bir sıra şəhərlərində nümayişlər keçirərək, onları öz hüquqlarına hörmət etməyə, hökumətdə və yerli hakimiyyət orqanlarında təmsilçiliyini təmin etməyə çağırıblar.

Hətta aksiyalardan birində qadınlar onlara qarşı tətbiq edilən bu məhdudiyyətlər davam edərsə, ictimai yerlərdə  kişi libasında görünəcəkləri ilə bağlı hədələyiblər.

Qeyd edək ki, bir müddət əvvəl də nazirlik televiziyalar barədə bəyanat vermiş və qaydalar irəli sürmüşdü. Yeni qaydalara əsasən, televiziya kanallarında çalışan qadın aparıcılardan islami hicaba riayət etmək tələb olunurdu.

 Bundan başqa, qadın aktrisaların iştirak etdiyi serial və teatr səhnələrinin, eləcə də İslam prinsiplərinə və Əfqanıstan qanunlarına zidd olan bütün film və serialların yayımlanmaması tələb olunub.

 Xatırladaq ki, 2021-ci il avqustun əvvəlində “Taliban” Əfqanıstanın hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi və avqustun 15-də Kabilə daxil oldu. Ertəsi gün müharibənin bitdiyini elan etdi.

Kabilin işğalından sonra isə ölkə prezidenti Əşrəf Qani “Taliban”la razılaşaraq səssizcə istefaya getdi. Həm də məlumatlara görə, Əfqanıstanın bir helikopterə sığmayacaq pulu ilə...

“Taliban” isə beynəlxalq birliyin hökumətlərini tanımasını istəyir, həmçinin Əfqanıstanın dondurulmuş maliyyə aktivlərindən istifadə edilməsinə dair icazə verilməsini...

Məlumatlara görə, Əfqanıstanın ABŞ banklarında saxlanılan 9,5 milyard dollar vəsaiti dondurulub.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN