Daxili İşlər Nazirliyi (DIN) Bakıda aztəminatlı ailələri təhqir edərək küçədə yüksək sürətlə hərəkət edən “Gallendvagen” sürücüsü ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda “Gallendvagen” idarə edən şəxsin aztəminatlı şəxsləri təhqir etməsi barədə video yayılıb. Sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi görünür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN