Vəkil Babək Həmidov boşanmağa çağırış edib.
Bununla bağlı o, sosial şəbəkərlərdə ciddi müzakirələrə yol açan paylaşım edilib.
Belə ki, B.Həmidov özünün “Facebook” hesabında müştəri toplamaq üçün boşanma üçün sifarişlər qəbul olunduğunu yazıb.
Vəkil postunda “Yerlər məhdud deyil, hər kəsi boşayacaq qədər yerimiz var”, - deyə qeyd edib.
Vəkilin bu çıxışı və çağırışı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Şərhlərdə vəkilə yönəlik tənqid dolu fikirlər yer alıb.
E.ŞİRİNOV