"Mən ilk gündən bu məsələ ilə əlaqədar mövqeyimi açıq şəkildə bildirmişəm ki, bunun müzakirəyə çevrilməsi yolverilməzdir və mənim dediyim öz təsdiqini tapdı".

Bu sözləri yerli mətbuata AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli AMEA ətrafında bitib-tükənməyən qalmaqallardan danışarkən deyib.

O, bildirib ki, Ramiz Mehdiyev haqqında səsləndirilən fikirlərə aydınlıq gətirməlidir: "Onun akademiyanın mətbuat xidmətinin adından verdiyi açıqlama təəssüf hissi doğurdu. Bu, akademiyanın mühitinə də zərərdir. Ümid edirəm ki, bu məsələ belə davam etməyəcək. Bununla bağlı yüksək səviyyədə ölçü götürulməlidir. Ramiz Mehdiyevin bu vəzifədə qalması akademiyanın mühitini daha da korlayacaq. Proses onsuz da belə davam edir. Artıq məsələnin belə bir həddə gəlib çatması həm Azərbaycan elmi üçün zərərlidir, həm də xarici mühitdə də bizi qeyri-ciddi qəbul edirlər. Məsələ pik həddə çatıb. Buna çox yaxın günlərdə nöqtə qoyulmalıdır".

F.Ələkbərli deyib ki, Prezident Administrasiyası və ya müvafiq qurumlardan baş verən hallarla bağlı açıqlama olmalıdır. Ramiz Mehdiyevin istefa məsələsi gerçəkləşməlidir: "Ramiz Mehdiyev akademiyadakı mühiti get-gedə korlayır. Məsələnin ağı çıxır, saqqız kimi uzanır. Biz bura işləmək üçün gəlirik. Hansısa dedi-qodu etmək üçün deyil".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN