“Yalnız irəli” filminin çəkilməsi  layihəsi çərçivəsində Qarabağ uğrunda şəhid olmuş iki şuşal ıgənc qəhrəman haqqında sənədli film və tanıtım fəaliyyətlərinə başlanıldı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyi“Yalnız irəli” filminin çəkilməsi”  kreativ layihəsinin icrasına başlayıb.

 1 fevral – 1 iyun 2022-ci iltarixlərindən etibarən, 4 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə zamanı Azərbaycanın Qarabağdakı 44 günlük möhtəşəm haqq savaşı – Qələbə ilə bitən II Vətən Müharibəsində igidlik göstərərək həlak olmuş iki qəhəman şuşalı hərbiçi haqqında sənədli-bədii filmin çəkilməsi, eləcə də müxtəlif formalarda innovativ-kreativ təbliğat və tanıtım tədbirləri də həyata keçiriləcək.

Əsasən gənc nəsil nümayəndələrinə, xaricdə yaşayan soydaşlarımıza və Qarabağın, Şuşanın çağdaş tarixi, II Vətən müharibəsi ilə maraqlananlara ünvanlanmış layihə ilə bağlı "Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyinin sədri, layihə rəhbəri, əslən şuşalı olan Tahirə Məmmədova media üçün   açıqlama vermişdir:

Həyata keçirilməsi planlaşdırılan“Yalnız irəli” filminin çəkilməsi”  layihəsinin  məqsədi  İkinci Qarabag müharibəsində - Vətən uğrunda şəhid olanların tanıdılması və onların müqəddəs amallarının təbliği, Azərbaycanın apardığı haqq işində vətəndaşların dəstəyinin artırılmasıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident  cənab İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsindən sonra, əslən Qarabağdan, Qafqazın konservatoriyası sayılan, Azərbaycanın, eləcə də Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Şuşadan olan şəhid qəhrəmanlar haqqında təşkilatımızın başladığı tanıtım aksiyalarının tərkib hissəsi olaraq silsilənin ilk - ikihissəli sənədli filmimiz də məhz o dilbər şəhərin tarixi, işğalı, Azərbaycanla bağlılığı və onun uğrunda canını fəda edənlər haqqındadır.

Şuşalılar haqqında vizual ensiklopediyanın bu hissəsi, “Yalnız irəli” sənədli filmi o şəhəri görməyən, fəqət onun uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə qalxmış, əslən Şuşadan olan iki igid hərbçimiz –  “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Nurlan Nadir oğlu Həsənov, həmçinin “Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Allahverdi Əli oğlu Allahverdiyev kimi şəhid qəhrəmanların həyat və döyüş yolu haqqındadır.

 Bu qəhrəmanların hər ikisi Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qarabağ və ətraf rayonların azadlığı uğrunda gedən döyüşlərdə canlarını əsirgəməyiblər.

“Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Nurlan Nadir oğlu Həsənov Prezidentin müraciətinə ilk qoşulanlardandır. Vətənin azadlığı uğrunda haqq savaşına qalxmış, könüllü olaraq orduya yazılaraq, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsində şücaət göstərmiş, Füzulidə şəhidlik zirvəsinə qalxmış və Bakının Biləcəri qəsəbəsinin qəbrstanlığında dəfn olunub şəhidimiz. Ailəli idi, iki övladı yadigar qaldı. Oğlu və  qızının ən böyük  arzusu Şuşa torpağından gətirib atalarının məzarı üstündə səpməkdir...

“Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Allahverdi Əli oğlu Allahverdiyev Mingəçevirdə həqiqi hərbi xidmətdə olarkən, müharibədə iştirak edib. Tərtər rayonunun Soquvuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Bakının Buzovna qəbirstnlığında dəfn olunub. Arzusu Şuşanı görmək idi... 

Hər iki şəhidimiz döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi mərdlik və igidlik hərbçi yoldaşları arasında dillər əzbəridir. Onların arzuları doğma Şuşa şəhərini işğaldan azad edilməsi idi. Bu yolda yalnız,“irəli” deyib Qarabağı və işğal altında olan rayonlarımızı düşməndən təmizləyirdilər. Vəzifəsindən asılı olmayaraq, hər iki qəhrəmanımız xalqımız kimi Vətənin müdafiəsinə qalxdı, 44 gün ərzində 30 illik işğala son qoyulması uğrunda savaşa atıldılar, çox çətin olacağını bilsələr də, ölümdən qorxmadan yalnız irəli getdilər.

 Reallaşdırılmasına başlanılan “Yalnız irəli” filminin çəkilməsi”  layihəsinin  ideyası  Vətən torpaqları, Qarabağ, Şuşa uğrunda şəhid olanların tanıdılması, onlarım müqəddəs amallarınn təbliği,  Azərbaycanın apardığı haqq işinə 55 milyonluq dünya azərbaycanlılarının dəstəyinin genişləndirilməsidir.  Torpaqlarımızın azadlığı uğrunda aparılan hər iki Vətən müharibəsində on minlərlə soydaşımız qəhrəmancasına şəhid olub. Biz şəhidlərimiz və onların ailələrinin qarşısında  müqəddəs borcumuzu ödəməliyik.   Dünyanın hər yerində vətən uğrunda   həyatını itirənlərən  insanlara dəyər verilir. Ermənilərin Azərbaycan xalqından ərazi iddiasının nə vaxtsa qurtaracağına inamımız olmadığı üçün  layihəmizin əhəmiyyəti və aktuallağı uzun müddət davam edəcək.

Post-müharibə dövrlərində müəyyən ictimai-psixoloji boşluq, mənəvi-ruhu böhranlar baş verir. Azərbaycan cəmiyyətini və ölkəmizi bunun zərərli təsirlərindən qorumaq, mərhələli şəkildə sosial-məişət problemləri həll olunan hərbiçilərin radikal daxili və xarici qüvvələrin təsirinə düşməmələri üçün onların Vətən qarşısındakı rəşadətli qəhrəmanlıqları, siyasi-mənəvi ideologiya səviyyəsində təbliğ olunmalıdır. Şəhidlər və qəhrəmanlarımızın hər zaman xalq, Vətən üçün gərəkli olmaları təbliğ edilməli, onların möhtəşəm qələbələri ideoloji-mənəvi işə çevrilməsi üçün vizual formalarda uşaqlara, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə tanıdılmalıdır. 

“Şuşa İli”nin elan edilməsi, Vətən üçün fədakarlıq göstərilməsinin başqa formaları üçün - Qarabağa qayıdış, işğal altında olmuş torpaqların dirçəldilməsi, ölkəmizin inkişafı üçün həvəsləndirilməli, Azərbaycanın tanıdılması üçün imkanlarını ortaya qoyulmasına həvəsləndirilməlidir. Bu mövzuda vizual təbliğatla – sənədli filmlə fikirlərinin çatdırılması, sosial şəbəkələrdə müxtəlif formada tanıtım kampaniyaların təşkili vacibdir. 

Layihənin əsas məqsədi vətənpərvərliyin yeni kreativ formalarda təbliği, bu istiqamətdə şəhidlərin, qəhrəmanların  gənclərə tanıdılması, onların adlarının əbədiləşdirilməsidir. Əslən Şuşadan olan hərbçi şəhidlərimizin simasında qəhrəmanlarımızın torpaqlarımız uğrunda canlarını quraban verdikləri müqəddəs ideyanın yayılmasına,  şəhidlərimizin əziz xatirəsinin qiymətləndirilməsinə, cəmiyyətin səfərbər edilməsinə çalışmaqdır. 

Hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlam fikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərinin yaranmasına həvəsləndirmək,  vizual məhsulların çəkilməsi, internetdə yerləşdirilməsi, təqdimatı, sosial şəbəkələrdə tanıtımı, xüsusən yeni nəslin nümayəndələrinə çatdırılması, ən yeni nəslin nümayəndələrinin qəbul etdiyi virtual formada kampaniyaların təşkili xüsusi önəm kəsb edir.

Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını çağdaş humanitar düşüncəmizdə, milli kinomatoqrafiyamızda, milli-mənəvi ideologiyamızda, İnternet resurslarımızda yaratmaqla, geniş ictimaiyyətə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur.  Real tanıtım tədbiri, eləcə də sosial şəbəkələrdə yaradılacaq xüsusi səhifədə virtual fəaliyyətləri dəstəkləməklə, internet, yeni media, KİV, sosial şəbəkələr, onlayn TV məhsulları vasitəsilə yeniyetmə və gənclər arasında Şuşa və Qarabağa sevgini aşılamaq, tanıtmaq, Qarabağın dirçəlişinə həvəsləndirməyi hədəf götürmüşük. 

Layihədə iştirak edəcək peşəkarlar və könüllülərdən ibarət komandanın formalaşdırandan və icra edilməsi üçün müqavilələr bağandıqdan sonra iştirak edəcək insanlarla birlikdə fəaliyyətə başlanılacaq.Film üçün materialların toplanmasından ötrü şəhidlərin yaxınları, ailələri, doğmaları, döyüşçü dostları ilə silsilə görüşlərin təşkili nəzərdə tutulub.Sənədli filmin çəkilməsi məqsədilə aidiyyəti dövlət və ictimai qrumlarla əlaqə yaratmaq və sənədli filmin ictimai təqdimatının birgə keçirilməsi üçün əməkdaşlıq imkanlarının yaradılması planlaşdırılır.“Yalnız irəli” sənədli filmin çəkilşləri, layihənin və sənədli filmin  təqdimatı, internet və KİV, sosial şəbəkələrdə, saytlarda virtual tanıtımının təşkilinə xüsusi fikir veriləcək.Film qəhrəmanları olan şəhidlərin igidliklərini əbədiləşdirən səndəli filmin DVD-lərinin hazırlanması, onun İnternetdə azad yayımı, istifadəçilərin, xüsusən də gənclərin, əsgərlərin istifadəsinə vermək kimi fəaliyyət növləri nəzərdə tutulub.Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlərin keçirilməsi, şəbəkədə yayımına, gənclər arasında hərb sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlərə üstünlük verən, Qarabağı azad etmək üçün intellektual hərbçilərin  və peşəkarların formalaşmasına təkan verən tanıtım və təbliğatın aparılmasına xüsusi önəm veriləcək. İnternet, Feysbuk, Tvviter, İnstagram, TikTok, Youtube və başqa sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığını təşkil etmək də planlarımıza daxildir.Yazılı və elektron KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılmasını təşkil etmək, həmçinin, hesabatların hazırlanaraq Agentliyə və aidiyyəti qurumlara təqdim edilməsi əsas işlərimizdəndir. 

Bu layihə ilə iki şəhidin ailə üzvləri, qazilər, hərbiçilər, şuşalılar, təşkilat üzvləri, könüllülər gələcəkdə vətən qarşısında müqəddəs borcunu yerinə yetirəcək yeni nəsil nümayəndələri, tələbələr, hərbi-vətənpərvərlik mövzusunda çalışan yaradıcı şəxslər, blogerlər, KİV nümayəndələri, TV və İnternet mütəxəssisləri, həmçinin internet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil soydaşlarımızı əhatə etmək mümkündür. Ümumi 50 nəfər, 20 nəfər qadın, qalanı kişilər, əsasən gənclər layihədən faydalana biləcəklər.  Layihə əsasən Bakıda gerçəkləşdiriləcək, eyni zamanda virtual olaraq Şuşa şəhərində,  İnternet və sosial şəbəkələr vasitəsilə respublikamızın hər yerində, soydaşlarımız yaşayan dünya ölkələrindəki Şuşasevərləri maraqlandıra biləcək bir ekran işi ortaya qoymaq istəyirik. Milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas real fəaliyyət buradan aparılacaq...” 

Layihə reallaşdıqdan sonra gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları davamlılığı aşağıdakı kimi gözlənilməsini vurğulayan layihə rəhbəri Tahirə Məmmədova bunları da əlavə etdi:

“Şəhidlik, hərbi-vətənpərvərlik, müharibə qələbəsi kimi mövzularda fəaliyyətlər həyata keçiriləcək, hərbçilər, şəhid ailələri, gənclər və yaradıcı insanlar orda iştirak edəcək.

Vətənpərvərlik mövzusunda müxtəlif nəsil yaradıcı insanların, şair, yazıçı, publisit və blogerlərin yeni ədəbi, publisitik, vizual-virtual və kino əsərlər yaratmağa iştirakı təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılaraq  yayılacaq. İnternet saytları, sosial şəbəkələr və müxtəlif elektron resurslarda hərbi-vətənpərvərlik mövzusu gündəmə gətiriləcək, Vətən müharibəsi, Qarabağ, Şuşa, şəhidlik, qazilik, qələbə mövzulu əsərlərdən ibarət yeni film, elektron kontentlər yaradılacaq.Müharibə, şəhid və qazilərin igidliklərini əbədiləşdirən  “Yalnız irəli” sənədli filmi çəkiləcək, tanıtımı keçiriləcək. “Şuşa İli” və sənədli filmlə bağlı DVD-lər hazırlanıb paylanacaq. İki şuşalı şəhidin ailə üzvləri mənəvi cəhətdən dəstəklənəcək. Milli-mənəvi dəyərlərin əsas hissəsi sayılan hərbi-vətənpərvərliyi zənginləşdirəcək, müharibə qəhrəmanlarının igidliklərini əbədiləşdirəcək sənədli film İnternetdə azad yayımlacaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin istifadəsinə veriləcək. İnternet və sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə film yayılacaq. Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsullar gənclər və hərb sənəti ilə maraqlananların istifadəsinə veriləcək.Gənclər arasında hərb sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlərə üstünlük verən, Qarabağ torpaqları, Şuşanın azad edən hərbçilərin  və peşəkarların igidliklərinin tanıtımı, təbliğatı aparılacaq.Çəkiləcək sənədli filmin vizual-virtual məhsulların təqdimat mərasimi keçiriləcək. İnternet, Feysbuk, Tvviter, İnstagram, TikTok və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənəcək, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil olunacaq.Yazılı, elektron, virtual KİV-də, İnternetdə ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.Hesabatların hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.

Layihənin yekun hesabat yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. KİV, İnternet portallarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitornq edilməsinə açıqdır.

Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək və müxtəlif formada işlər həyata keçiriləcək. Davamlı olaraq bu istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək. Hazırlanacaq sosial şəbəkə resursunda yenə də hərbi-vətənpərvərlik mövzusunda müxtəlif materiallar paylaşılacaq. Şəhid ailələrinin üzvləri ilə mütəmadi görüşlər təşkil olunacaq. İnternetdə, sosial mediada hərbi-vətənpərvərlik mövzusunda onlayn-oflayn daimi fəaliyyətlər göstəriləcəkdir. Təşkilatın üzvləri, fəaliyyətə cəlb olunacaq mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət arasında müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq. Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.

 Layihənin qarşıya qoyduğu əsas məsələ hərbi-vətənpərvərlik, Şuşa İli, qəhrəmanlıq, milli-mənəvi dəyərlərin inkişafı kimi mövzulardır. Təşkilat olaraq istər ölkə daxilində, istərsə də xaricdə vətənpərvərlik ilə əlaqədar çoxsaylı uğurlu layihələr, tədbirlər həyata keçirmişik. Keçirilən tədbirlərin əksəriyyəti hərbi hissələri, gəncləri, şəhid ailələrini, yaradıcı insanları, təhsil ocaqlarını əhatə edib. Bu layihənin də  uğurla icra edəcəyimizə inanırıq. Layihələrimizdə Mədəniyyət, Təhsil və Müdafiə nazirlıikləri, veteran təşkilatlar, şəhid ailələri, QHT-lər ilə əməkdalıq etmişik. Bu layihəmizdə də Təhsil, Müdafiə nazirlikləri, İcra hakimiyyətləri ilə əməkdaşlıq edəcək, uğurlar qazanacağımıza əminik.

Təşkilat üzvlərinin əksəriyyəti yaradıcı qələm adamları, tanınmış imza sahibləri və sözlə-sənətlə işləyən elm adamları, internet - sosial şəbəkələrdən faydalanan, tanınan şəxslərdir. İndiyə qədər reallaşdırdığımız layihələr, həyata keçirdiyimiz kreativ işlər, çoxillik səmərəli fəaliyyətimiz cəmiyyətdə böyük maraqla qarşılanıb. Orta və Ali təhsil ocaqları, dövlət və ictimai təşkilatlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən layihələrimizdən indiyə qədər də faydalanırlar. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı işlər ortaya qoymağı bacarmışıq.”

Hidayət - Ayxan Əbilli,

"Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyinin Mətbuat Xidməti

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN