Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin baxış iclası fevralın 16-na təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, R.Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN