"Molbulak"da isə işçi haqqı pozulur...

2020-ci ilin yanvar ayından "Molbulak Bank olmayan kredit təşkilatı"nda ofis meneceri kimi çalışan Emin Babayev həmin ilin avqust ayında işdən azad edilib.

Himayəsində sağlamlıq imkanları məhdud övladı olan E.Babayev işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət edib. Vətəndaş E.Babayevin xeyrinə qərar verilsə də, şirkət onu işinə bərpa etməkdən, Ədliyyə Nazirliyinin Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şakir Bahadurov isə məhkəmə qərarını qarşı tərəfə icra etdirməkdən yayınır.

Məsələ ilə bağlı bütün aidiyyəti orqanlara müraciət edən Emin Babayev şikayətlərinin nəticə vermədiyini və icra məmurunun öz vəzifəsini yerinə yetirmədiyini söyləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN