Gürcüstanda millət vəkilləri - Sozar Subari, Mixeil Kavelaşvili və Dimitri Xundadze “Gürcü Arzusu” fraksiyasından və deputatlıq mandatlarından istefa veriblər.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze, partiyanın sessiyası başa çatdıqdan sonra açıqlama verib. O bildirib ki, qərar bu gün verilib: “Mən sizə fövqəladə qərar barədə məlumat verməliyəm: komandamızın layiqli üzvləri və dostlarımız Sozar Subari , Mixeil Kavelaşvili və Dimitri Xundadze “Gürcü Arzusu” fraksiyasından, partiyadan və parlament vəzifələrindən gedirlər”, - deyə Mdinaradze bildirib. Mdinaradze bildirib ki, sözügedən deputatlar komanda daxilində ölkədəki siyasi məsələlərlə bağlı informasiyanın yetərincə olmadığı və buna görə də ictimaiyyətin proseslərdə iştirakınının aşağı səviyyədə olmasını səbəb gətiriblər.

24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN