Londonun ICE birjasında 2023-cü ilin may ayında çatdırılacaq Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti əvvəlki sessiyanın sonuna qədər 5%-dən çox itirərək, ticarət məlumatlarına əsasən, yanvarın 10-dan bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı olub.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) geoloji kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85.56 km2 olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb.
Federal Gömrük Xidmətinin məlumatlarına görə, 2022-ci ildə Rusiya mineral yanacaq, neft və onların distillə edilməsi məhsulları, bitumlu maddələrin ixracını 42,8% artıraraq 383,7 milyard dollara çatdırıb.