“Global Economic Outlook” hesabatını yeniləyən

Beynəlxalq Valyuta Fondu  (İMF) qlobal iqtisadiyyatın 2021-ci ildə 6 faiz inkişafının gözlənildiyini,  2022-ci ildə isə böyümə təxminini 4,4 faizdən 4,9-a yüksələcəyini qeyd edib.

  “2021-ci il ilə bağlı qlobal iqtisadi inkişaf proqnozunda dəyişiklik gözlənilmir. İnkişaf etmiş iqtisadiyyatlara istiqamətli böyümə gözləntisi 5,1 faizdən 5,6-ya çıxacaq, inkişaf etməkdə olan iqtisadiyyatlar üçünsə 6,7 faizdən 6,3-ə enəcək.

  Qeyd edək ki, İMF 2021-ci ildə Azərbaycanda 2,3%, 2022-ci ildə isə 1,7% iqtisadi artım gözlənildiyi barədə də proqnoz vermişdi. 

Bu proqnozla Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının aprel buraxılışında çıxış etmişdi.

Həmçinin qeyd olunmuşdu ki, ötən il Azərbaycan iqtisadiyyatı 4,3% azalıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN