Bakının istər İcra Hakimiyyətinin, istərsə də yol təsərrüfatı rəhbərlərinin səylərinə baxmayaraq, avtomobillərin parklanması getdikcə çətinləşir. Bəs buna səbəb nədir?
Tanınmış hüquqşünas, QHT rəhbəri Şəmsəddin Əliyev "Təzadlar"ın sualını cavablandırır:
- Təəssüflər olsun ki, belədir və çox qəribə bir hal yaşanır. Paytaxtda bir-birinə sıx inşa edilən hündürmərtəbəli binaların sayı artdıqca nəqliyyat vasitələrinin park etməsi də çətinləşir. Mən əsas səbəbi bunda görürəm. Bəzən deyirlər ki, guya tıxaca və parklanmaya yer tapılmamasına səbəb avtomobillərin çoxluğudur. Elə deyil, sadəcə, Bakı içindən daralır... Daha qəribəsi odur ki, həmin o binalarda mənzil alanlar belə istifadəsində olan avtomaşınların saxlanılmasına meydan tapa bilmirlər. Binanın bəzən zirzəmisi və ya 1-ci mərtəbəsi dayanacaq üçün nəzərdə tutulsa da, həmin dayanacaqlar sakinlərə pulla satılır. İmkanı olmayanlar isə avtomobillərini harda gəldi park edirlər. Yeni normativ hüquqi akta ehtiyac var ki, yaşanan xaosa son qoyulsun... Əks təqdirdə binanın sahibləri ilə sakinlər arasında ictimai münasibətlərə zidd hərəkətlər yaşanacaq. Bu isə arzuolunan deyil...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN