Rusiya Bankı bildirib ki, ABŞ-ın xəzinədarlıq öhdəlikləri yoxdur və onların alıcısı deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat yayıb.

"Rusiya Bankı bəyan edir ki, ABŞ-ın xəzinədarlıq öhdəliyi yoxdur, biz bu qiymətli kağızları almırıq. Yalnız ABŞ Xəzinədarlığı müxtəlif ölkələrin bu qiymətli kağızlara investisiyalarının həcmi barədə məlumatı şərh edə bilər", - Mərkəzi Bank bildirib.

Bundan əvvəl ABŞ Xəzinədarlığı ABŞ dövlət istiqrazlarına Rusiya sərmayələrinin həcminin avqustda 31 milyon dollardan sonra sentyabrda 73 milyon dollara yüksəldiyi məlumatları dərc etmişdi. İyulda bu rəqəm 29 milyon dollar, iyunda 33 milyon dollar, mayda 36 milyon dollar, apreldə 35 milyon dollar, martda 77 milyon dollar, fevralda 75 milyon dollar olub.

Bu həcmin 61 milyon dollarını “uzun” dövlət istiqrazları, 12 milyon dollarını isə qısamüddətli istiqrazlar təşkil edib.

Qeyd edək ki, Rusiya 2018-ci ilin yazında Amerika dövlət borcuna investisiyaları kəskin şəkildə azaltmağa başladı: apreldə onların səviyyəsi 96 milyard dollardan 48,7 milyard dollara, mayda 14,9 milyard dollara qədər azalıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN