2023-cü ilin noyabrında Qazaxıstanda inflyasiya 10,3% təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ölkədə oktyabr ayında inflyasiya səviyyəsi 10,8% təşkil edib.

Bu barədə kazpravda.kz ölkənini Milli Statistika Bürosuna istinadən məlumat yayıb. 

İl ərzində ərzaq məhsullarının qiymətləri 9,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 9,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 12 faiz bahalaşıb.

Digər ərzaq məhsullarında bahalaşma müşahidə edilsə də, qarabaşaq yarması 20,9%, şəkər tozu 16,9%, günəbaxan yağı 16,4% ucuzlaşıb.

***

Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub.

Bu barədə Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə bildirilib.

Beləki, ilin əvvəli ilə müqayisədə sürəti bir qədər zəifləyib (2022-ci ildə orta illik inflyasiya 13,9% olub)

Dövlət Statistika Komitəsi isə  bildirib ki, sentyabrda ayrı-ayrı ərzaq məhsullarından daha çox artım mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının, pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, tütün məmulatlarının, azalma isə əsasən qarabaşaq yarmasının, unun, makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin, balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin DSK-nın məlumatına görə,  2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olub.

"Fitç" (Fitch Ratings) beynəlxalq reytinq agentliyi isə Azərbaycanda 2023-cü ildə inflyasiyanın 10,1 %, 2024-cü ildə isə 6 % olacağını proqnozlaşdırıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN