Onların qiyməti 200-500 avro arasında dəyişəcək. 3D idman ayaqqabıları Dubayda gələcəyin muzeyində sərgilənib.
***
Britaniyalı alimlər 3D printerdə idman ayaqqabısı çap ediblər.
TEZADLAR.AZ “24KZ”a istinadən xəbər verir ki, ayaqqabılar ayağın ölçüsünə uyğunlaşır, çəki artımından xəbər verir və hətta tərləməni tənzimləyir.
Qeyd edildiyi kimi, daxili altlıqlarda məlumatları toplayan xüsusi sensorlar quraşdırılır. Bundan sonra məlumat avtomatik olaraq müştərinin virtual buluduna göndərilir.
Bundan əlavə, məhsul ətraf mühiti və çirklənmə dərəcəsini qiymətləndirir. Onu hazırlayanlar bu ayaqqabıları 3 ildən sonra satışa çıxarmağı planlaşdırırlar.
Modellər iki versiyada buraxılacaq - standart və premium. Onların qiyməti 200-500 avro arasında dəyişəcək.
Y.Məmmədli