Təngərüdçay-Vaqo məntəqəsində 9, Viləşçay-Şıxlarda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində isə suyun səviyyəsində

1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 102 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 73 faizini təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 33,5 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 37 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 293 santimetr, su sərfi isə 66,5 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 125, Kür-Bankədə 10 santimetr azalaraq 108, Araz-Novruzluda isə 2 santimetr artaraq 57 santimetr təşkil edir.

***

Qeyd edək ki, Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.
Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir.

Xatırladaq ki, hələ bir il öncə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Kürdə suyun səviyyəsinin aşağı düşməsindən danışarkən bildirmişdi ki, bunun bir neçə səbəbi var, amma əsas səbəb iqlim dəyişməsidir.

Onun sözlərinə görə, iqlim dəyişilmələrinə görə quraq ərazilər daha da quraqlaşır.

"Azərbaycan ərazisinin 60 faizi quraq və yarım-quraq ərazidir. Təssüflər olsun ki, 20 il əvvəl verilmiş proqnoz Azərbaycan ərazisində özünü doğrultdu. Yağıntının miqdarı Azərbaycanda azalıb və bu da çaylarda suyun səviyyəsinə təsir edib. İqlim dəyişməsi nəticəsində buzlaqların həcmi azalıb və nəticədə bütun bunlar Kür çayının suyunun səviyyəsinin düşməsində öz təsirin göstərib," - akademik Ramiz Məmmədov deyib.

Mütəxəssis daha sonra qeyd edib ki, Kür çayının belə kəskin azalmasında insan amilinin də təsiri az deyil.

"Kənd Təsərrüfatının və xüsusi təsərrüfatların inkişafı o qədər artıb ki, suyun istehlakı çoxalıb. Burada söhbət suyun israfından və düzgün istifadə olunmamasından gedir", - deyə vurğulamışdı.

Xatırladaq ki, Kürdə suyun səviyyəsi son 7-8 ildə getdikcə aşağı düşməyə başlayıb.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN