“Sosial sığorta haqqında” Qanuna əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün
məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına (2023-cü ilin yanvar ayının 1-dən 345 manat təşkil edir).
TEZADLAR.AZ DVX-yə istinadən xəbər verir ki, Qanunda göstərilən dərəcələr tətbiq edilməklə ödənilməli və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmalıdır.
Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaqların istifadəçisi olan fiziki şəxslər tərəfindən bütün ailə üzvləri üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədən Sabit qəbzin alınması üçün müraciət halları müşahidə edilir.
Bununla əlaqədar Dövlət Vergi Xidməti bildirir ki, yalnız digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslər, eləcə də 15 yaşından “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olanlar bu ödənişdən azaddır. Kənd təsərrüfatına yararlı torpaqların istifadəçisi olan fiziki şəxslərin digər bütün ailə üzvləri üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi zəruridir.
Y.Məmmədli