“Azərbaycan və Əfqanıstanın iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafı üçün böyük perspektivləri var”.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına əfqan ekspert Cəlal Bazvan deyib.

Ekspert bildirib ki, qarşılıqlı investisiyaların artımı üçün xüsusilə infrastruktur, enerji, kənd təsərrüfatı və logistika sahələrində yüksək potensial mövcuddur.

C.Bazvanın fikrincə, avqustun 29-da açılmış “Termez” Beynəlxalq Ticarət Mərkəzi transsərhəd ticarətin genişlənməsinə böyük kömək göstərəcək. Bu mərkəz daha geniş regionda həm ikitərəfli, həm də çoxtərəfli ticarəti artıracaq. “Bu kontekstdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Özbəkistan hökumətinin başçısı Abdulla Aripov və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradar arasında bu yaxınlarda keçirilmiş görüşü regional əməkdaşlığın gücləndirilməsinə sadiqliyin təzahürü kimi dəyərləndirmək olar”.

O əlavə edib ki, Azərbaycan və Əfqanıstan qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq məqsədilə öz coğrafi mövqelərindən istifadə etmək üçün hər cür imkana malikdirlər.

Xatırladaq ki, Özbəkistanın Termez şəhərində Əfqanıstanla sərhəddə yerləşən Termez Beynəlxalq Ticarət Mərkəzi açılıb. Mərkəzin açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Termez azad ticarət zonasına giriş viza verilmədən xüsusi dəhliz vasitəsilə mövcuddur. Mərkəz təkcə yerli sakinlərə deyil, həm də Əfqanıstanın ən yaxın yaşayış məntəqələrinə, Tacikistan, Türkmənistan və digər ölkələrdən olan istehlakçılara xidmət göstərəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN