Azərbaycanda əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər müəyyən kateqoriyalara aid olan şəxslərə verilir.

Bu güzəştlərin məqsədi sosial ədaləti təmin etmək və həssas qrupları dəstəkləməkdir. TEZADLAR.AZ xəbər veriri ki, “Business Service Centre”in maliyyə işləri üzrə mütəxəssisi Pərvin Əhmədov həmin güzəştləri vergiler.az-a nümunələr əsasında izah edir.

Qanunvericiliyin tələbinə görə, əməkhaqqından vergi hesablanarkən aşağıdakı şəxslərə güzəştlər tətbiq edilir:

  1. Əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslər:

Misal 1: I qrup əlilliyi olan bir şəxsin aylıq əməkhaqqı 800 manatdırsa, onun 400 manatı vergidən azad olunur.

  1. Müharibə veteranları:

Müharibə veteranı statusu olan bir işçinin aylıq maaşı 1000 manatdır. Onun 800 manata qədər olan hissəsi vergidən azad edilir.

  1. Şəhid ailələrinin üzvləri:

Şəhid ailəsinin üzvü olan bir işçinin maaşı 1200 manat olarsa, 1000 manata qədər olan hissəsi vergidən azad olunur.

  1. Çoxuşaqlı ailələr:

Üç uşağı olan bir valideynin maaşı 1500 manatdırsa, hər uşaq üçün müəyyən məbləğ (məsələn, 50 manat) vergidən azad edilə bilər.

  1. Təhsil alan tələbələr:

Ali məktəbdə təhsil alan və eyni zamanda işləyən bir tələbənin 400 manat maaşı varsa, bunun müəyyən hissəsi (məsələn, 200 manat ) vergidən azad oluna bilər.

Bu güzəştlər şəxslərin sosial vəziyyətini, xidmətlərini və ya xüsusi ehtiyaclarını nəzərə alaraq tətbiq edilir. Güzəştlərin dəqiq məbləğləri və şərtləri qanunvericiliklə tənzimlənir.

Əməkhaqqından tutulmalar isə Vergi Məcəlləsinin müddəalarına əsasən aşağıdakı qaydada aparılır:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (2019-cu il yanvarın 1-dən 7 il müddətində)

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

 

Misal 1:

Hesablanan aylıq əməkhaqqı: 9.000 manat;
Vergiyə cəlb olunan məbləğ: 9.000 manat;
Gəlir vergisi: 140 manat - (9000 - 8000) x 14%);
DSMF ayırmaları: 886 manat - ((9000 - 200) x 10%) + (200 x 3%);
İşsizlikdən sığorta haqqı: 45 manat - (9000 x 0.5%);
İcbari tibbi sığorta haqqı: 165 manat - ((9000 - 8000) x 0.5%) + (8000 x 2%);
NETT əməkhaqqı: 7.764 manat - (9000 - 140 - 886 - 45 - 165).

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində

Misal 2:
Hesablanan aylıq əməkhaqqı: 600 manat;
Vergiyə cəlb olunan məbləğ: 600 manat;
Gəlir vergisi: 56 manat - ((600 - 200) x14%);
DSMF ayırmaları: 18 manat - (600 x 3%);
İşsizlikdən sığorta haqqı: 3 manat - (600 x 0.5%);
İcbari tibbi sığorta haqqı: 12 manat - (600 x 2%);
NETT əməkhaqqı: 511 manat - (600 - 56 - 18 - 3 - 12);

Misal 3:
Hesablanan aylıq əməkhaqqı: 3.000 manat;
Vergiyə cəlb olunan məbləğ: 3.000 manat;
Gəlir vergisi: 475 manat - (2500 x 14% + (3000 - 2500) x 25%)
DSMF ayırmaları: 90 manat - (3000 x 3%)
İşsizlikdən sığorta haqqı: 15 manat - (3000 x 0.5%)
İcbari tibbi sığorta haqqı: 60 manat - (3000 x 2%)
NETT əməkhaqqı: 2.360 manat - (3000 - 475 - 90 - 15 - 60)

Bu tutulmalardan əlavə güzəşt hüququ olan şəxslərin əməkhaqqı məbləğləri qeyd olunan miqdarda azaldılır. Nəticədə onların vergi yükü də azalmış olur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN