Bu gün Dövlət Vergi Xidməti işçilərinin peşə bayramıdır. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergi daxilolmaları xüsusi paya malikdir.
TEZADLAR.AZ xəbər verir ki, bunu deputat, oqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
11 fevral vergi xidməti işçilərinin peşə bayramı günündə onları təbrik edən iqtisadçı-ekspert büdcə gəlirlərinin böyük bir hissəsinin məhz Dövlət Vergi Xidmətinin xətti ilə formalaşdığını diqqətə çatdırıb.
" 2024-cü il dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,5 faizi və ya 11 milyard 27 milyon manatı vergi və rüsumlar üzrə daxilolmaların payına düşüb.
Bu il isə dövlət büdcəsinin 11 milyard 670 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edəcək. Bütövlükdə, 2025-ci ildə dövlət büdcəsi gəlirlərinin 15 milyard 500 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə formalaşacaq. Göründüyü kimi, ölkənin fiskal gücünün formalaşmasında vergi daxilolmaları xüsusi paya malikdir.
Peşə bayramları münasibəti ilə vergi işçilərini təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!", - deyə Vüqar Bayramov qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN