Azərbaycanın bütün sahələrdə, o cümlədən dünyanın beynəlxalq təşkilatları ilə əlaqələri genişlənir... Noyabrın 1-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov  Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Sara Maykl ilə görüşüb... 

Komitədən "Təzadlar"a bildirildi ki, görüş zamanı son illər ərzində Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasındakı fəal tərəfdaşlıq nəticəsində ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş bir çox görüşlərin təşkil olunduğu qeyd edilmiş, bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycan Respublikası: 2018-2022-ci illərdə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi”nin icrası ilə bağlı və perspektiv planlar ətrafında müzakirələr aparılmış, həyata keçirilən birgə tədbirlərin ölkədə statistika potensialının gücləndirilməsində, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkə statistikasının inkişafında əhəmiyyəti vurğulanmışdır. Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Sara Maykl səmimi görüşə görə öz məmnunluğunu ifadə edib. 

***

Bəli, həqiqətən də dünya statistik hesabatların girovluğundadır. O mənada ki, bütün fəaliyyət sferaları öncə statistik hesabatlara istinadlı olur, sonra təhlillər əsasında gələcəyə hesablanan iqtisadi-sosial qərarlar verilir. Azərbaycanın Dövlərt Statistika Komitəsi bu sahədə ilklərə imza atmaqdadır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN