İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 18 noyabr tarixində konfrans keçirilib.

Konfransda İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan dərin və kompleks iqtisadi islahatlar beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qlobal miqyasda təsdiq olunmuş və Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi qəbul edilib: "Böyük fəxr hissi ilə bildiririk ki, müvafiq addımların iterativ davamı olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən Azərbaycandakı “İqtisadi İslahatların İdarəedilməsi Modeli” nümunəvi innovativ təcrübə kimi rəsmən qəbul olunub. OECD tərəfindən Azərbaycan iqtisadi modelinə verilən yüksək qiymət ölkəmizin beynəlxalq imicini daha da yaxşılaşdıracaq, investor inamını artıracaq və beynəlxalq və regional miqyaslı layihələrin həyata keçirilməsində mövqelərimizi gücləndirəcək. Bu həm də post-konflikt quruculuğu və regional inkişafda Azərbaycanın aparıcı roluna əlavə bir stimuldur.”

 İİTKM-nin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Müseyibov da konfransda çıxış edərək bildirib ki, İqtisadi İslahatların İdarəedilməsi Modeli-nin innovasiya təbiəti kimi çeviklik, məsuliyyətlilik, inklüzivlik, proqnozlaşdırma və qlobal istifadəni özündə birləşdirən xüsusiyyətlər nümunəvi təcrübə olaraq müsbət qarşılanıb: "Həmçinin, OECD-nin müvafiq platformasında ən yaxşı innovativ layihələr yayımlanır və burada əsas üstünlük Böyük Britaniya, Kanada və ABŞ kimi ölkələrə məxsusdur. Bu baxımdan, ölkəmizdə iqtisadi islahatların ən nüfuzlu təşkilatlardan biri olan OECD tərəfindən innovativ təcrübə kimi qəbul edilməsi ölkəmizin günbəgün yüksələn nüfuzunun daha da artmasına xidmət edəcəkdir”.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN