Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan bildirilib ki, “Foodini” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə edilmiş müraciət əsasında istifadə müddəti bitmiş ümumi çəkisi 3621.63 kq müxtəlif növ istehlaka yararsız qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

***

Qeyd edək ki, “Foodini” MMC xaricdən Azərbaycana idxal olunan kərə yağına nəzarət edir.

Xatırladaq ki, bir neçə gün öncə “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciəti əsasında həmin şirkət tərəfindən istehsal olunmuş, istifadə müddəti bitmiş və istehlaka yararsız 60,360 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Çox təəssüf ki, bu gün də  “Foodini” MMC-nin 3621.63 kq qida məhsulları istifadə müddəti bitdiyi üçün, tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Hansı ki, vaxtında tədbir görülsəydi (endirim, yaxud hədiyyə kampaniyaları, imkansız ailələrə yardım və s.) bu qədər qida məhsulu nə xarab olub zibilxanalıq olardı, nə də şirkət xeyli vəsait itirərdi.

...Və yəqin ki, bir gün gələcək kimsə bu, israfçılığın qarşısını almaq barədə düşünəcək.

Çox heyif...    

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN