...Azərbaycanın pensiya təyinatı texnologiyası niyə bu qədər tənqidə məruz qalır? Səbəb nədir?  Ölkənin istər elektron, istərsə də sosial mediada şəbəkəsində uzun müddətdir bu problem qabardılır və ciddi tənqidə məruz qalır. Məsələn, sosial şəbəkə istifadəçi Elnurə Abuşova yazır ki, "...Deputatlar, pensiya siyasətini tənqid edin. Bərbaddır. Dəyişilsin. Bu, vətəndaşı təhqir etməkdir. Zatən işləməyən yaşlılar 130 manat qocalıq pulu alır. Əgər başımıza belə oyun gətirib, nəvələrimizin yanında Sahil Babayev bizi utandıracaqsa, yığılan kapitalımız özümüzə qaytarılsın. Verməyək pensiya fonduna pul...".
Digər sosial şəbəkə istifadəçisi  Zeynəb Alıyeva yazır: "Atam müəllimdir, 44 il iş təcrübəsi var. Bu sahə də elədir ki, iş yeri hər zaman rəsmi olur. Dekabrdan pensiyaya çıxacaq. Ötən həftə pensiya kapitalını yoxlayanda heyrətə gəldim. 250 manat pensiya düşürdü, ordakı rəqəmlərə əsasən. Bu vətəndaşı təhqir deyilsə, nədir? 44 il rəsmi işdə çalışasan, axırda alacağın məbləğ 250 manat ola. Bu o qədər gülünc, rəzil vəziyyətdir ki, qarşısında deməyə söz də tapa bilmirsən".
Nəhayət, deputat Əli Məsimli Milli Məclisdə gələn ilin büdcəsinin müzakirəsi zamanı belə deyib: "İnkişaf etmiş ölkələrdə insan pensiyaya çıxanda onun ömrünün romantik dövrü başlayır. Bizdə isə pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır".
*** 
...Bəli, "Təzadlar"a daxil olan şikayətləri araşdırarkən də maraqlı və həm də ağlamalı vəziyyətlə rastlaşmışıq. Vətəndaş var ki, 40-50 il işlədiyi halda, pensiya alacağından əlini üzüb... Sahənin kələfi dolaşdırılıb, açan lazımdır. Beynəlxalq təcrübəni Azərbaycana tətbiq etmək üçün əvvəlcı Azərbaycan həmin beynəlxalq ölkəyə uyğunlaşdırılmalıdır. Yoxsa, belə tətbiqlər yamaq kimi görünür və əks effekt verir, korrektəyə məruz qalır. Bəyənmədiyimiz Sovetlər dönəmində pensiyaya çıxan nəvələrinə gün ağlayacağı sevincini və şadlığını yaşayırdı. İndi isə, pensiyaya çıxanı ağlamaq tutur... Deputat demiş, qara günü gözünün qabağına almalı olursan... Halbuki, mövcud tətbiqlərə (qanuna) görə, məsələn, 10 işçinin hər biri 600 manat maaş alırsa, onların hər birindən 55 manat DSMF-yə köçürülür, əlavə olaraq müəssisə 10 nəfər üçün 6000 manat əmək haqqı fondunun 22 faizini öz cibindən yenidən DSMF-yə (yığım fondu adı ilə) köçürməli olur. Beləliklə, müəssisədən 10 nəfərlik kollektivə görə,  DSMF-yə 550 manat+ 1320 manat əlavə vəsait ödəyir. Cəmi 1870 manat! 6 min manatın 1870-ni DSMF-yə ver (31, 2 faiz). Bax belə... Bu sahədə real islahata ehtiyac var...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN