"AİR ASTANA“ AVİAŞİRKƏTİ RUSİYAYA UÇUŞLARINI DAYANDIRIB
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı gündən bir çox dövlətlər bu hərbi əməliyyatlara etirazlarını bildirdilər. Beləki, iri şirkətlər Rusiya ərazisindən çıxaraq əlaqələrini kəsdilər. Bu da təbii ki, Rusiyanın həm iqtisadiyyatına, həm də siyasi durumuna ciddi zərər vurmaqdadır. Artıq bu etirazlara dövlətlər aviaşirkətlərini də cəlb ediblər. Bir müddət əvvəl Azərbaycanın iki aviaşirkəti- "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" Rusiyaya uçuşunu dayandırmışdı.Artıq Qazaxstan da Rusiyaya uçuşlarını dayandırdı. Bu barədə şirkətin bəyanatına istinadən xəbər verilib. Qərar “Rusiya Federasiyasından/ Rusiya Federasiyasına və onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar” qəbul edilib. Türkiyənin Pegasus Hava Yolları da martın 13-dən 27-dək Rusiyaya uçuşları təyyarələrin sığortası ilə bağlı problemlərə görə ləğv edir.
Sevinc MURADXANLI