Qərb Rusiya Federasiyasının həbs edilmiş qızıl-valyuta ehtiyatlarını Ukraynaya köçürəcək.

Ukrayna İqtisadiyyat Nazirliyi digər ölkələrin hökumətləri ilə birlikdə, Rusiyanın hücumu nəticəsində dəymiş zərəri kompensasiya etmək üçün Rusiya Mərkəzi Bankının həbs edilmiş  415 milyard dollar həcmində qızıl-valyuta ehtiyatının  Ukraynaya ötürülməsi mexanizmini axtarır.

Bu barədə İqtisadiyyat nazirinin birinci müavini Denis Kudin ümummilli telekanalın efirindən bildirib.

"Qərb hökumətləri artıq Rusiya Federasiyası Mərkəzi Bankının 415 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarına həbs qoyublar. Bu məbləğ, demək olar ki, birbaşa birdəfəlik itkiləri ödəməyə kifayət edir”, - deyə Kudin bildirib.

Xatırladaq ki,  Rusiya Ukraynada hərbi əməliyyatlar başladığına görə Qərb ölkələri və müttəfiqləri tərəfindən müxtəlif sanksiyalarla üzləşib, o cümlədən Mərkəzi Bankın aktivləri dondurulub.

 FED-in məlumatına görə, 18 fevrala olan vəziyyətə görə, Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatları 643 mlrd dollar həcmindədir. Onların bir hissəsi müxtəlif valyutalarda – xüsusilə də dollarda, bəzi hissəsi qızılda saxlanılır. Xarici ehtiyatların 311 mlrd dolları xarici ölkələrin qiymətli kağızlarında, 152 milyard dollar isə xarici banklarda depozit kimi nağd şəkildə saxlanılır.

Daha 132 milyard dollarlıq vəsait isə qızıl şəklində Rusiyada saxlanılır (bu, təxminən 74 milyon unsiya və ya 2220 ton qızıl deməkdir). Daha 30 milyard dollar Beynəlxalq Valyuta Fondunda saxlanılır və faktiki olaraq dondurulmadan qorunub.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN