Aprelin 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "NBC Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
Bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Xatırladaq ki, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, mənzil 43-50 ünvanında yerləşən yaşayış sahəsindən (ümumi sahəsi 279,1 kv.m) gedir. Əmlaka 268 min manat qiymət qoyulub.
E.ŞİRİNOV