Aqrar Xidmətlər Agentliyi tərəfindən Lənkəran rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib.

“Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun,  həmçinin texnika istifadəçilərinin  rahatlığının  təmin olunmasına nail olmaqdır.

Tədbir zamanı qısa müddət ərzində Lənkəran, Astara Masallı və Lerik rayonlarından müraciət etmiş texnika sahibləri üçün 21 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilmiş, 31 ədəd texnika ilkin və təkrar dövlət qeydiyyatına alınmışdır.

Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına  və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.

Qeyd edək ki,  “Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirlməsi davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN